Kriminal

Bakıda Gürcüstan vətəndaşı bıçaqlanıb

13 İyun 2018 08:12
0 Şərh     Baxış: 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Milli.Az report.az-a istinadən bildirir ki, 1997-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Tağıyev Xəqani Füzuli oğlu "1-ci Mədən" kimi tanınan ərazidə tanışı ilə mübahisə edib.

Mübahisə bıçaqlanma ilə sona çatıb. O, bədənin kəsilmiş-deşilmiş yaraları ilə 1 saylı Kliniki Tibbi Mərkəzə qəbul edilib.

Yaralı cərrahi əməliyyat edilərək Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi araşdırma aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.