Kriminal

Gözünü müalicə etdirmək üçün narkotik satmaq istədi - VİDEO - FOTO

12 İyun 2018 13:15
1 Şərh     Baxış: 1 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kəlbəcər rayonundan olan Gəray Yusifov Zərdabda çəkisi 1 kq 345 qram olan qurudulmuş marixuananı 500 manata satarkən tutulub. 

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, ilkin araşdırma zamanı məlum olub ki, Yusifov narkotiki Bərdə rayonundan əldə edib.

Özünün dediyinə görə, bitkinin Kür çayının kənarında yabanı şəkildə bitdiyini görüb, yığaraq evdə qurudub. Gözünü müalicə etdirmək üçün pul lazım olduğu üçün narkotiki satmaq qərarına gəlib. 

Gəray Yusifov - saxlanılan şəxs: "Heç kimə arzulamıram. Peşmanam, səhvimi etiraf edirəm".

Polisin sayıqlığı nəticəsində tutulan şəxs barəsində Zərdab Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Gözünü müalicə etdirmək üçün narkotik satmaq istədi: "Etiraf edirəm"

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.