Kriminal

Azərbaycanda taksi sürücüsü maşına ilişən kişini arxasınca sürüyüb

11 İyun 2018 21:45
2 Şərh     Baxış: 2 102

Mingəçevir şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə şəhərin Nizami küçəsi, 12 ünvanında qeydə alınıb.

Üç uşaq atası olan 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Abbasov Məhərrəm Nazim oğlu "VAZ-2106" markalı avtomobildə əyləşən keçmiş həyat yoldaşı və azyaşlı qızı ilə danışmaq üçün nəqliyyat vasitəsinə yaxınlaşıb. Lakin sürücü buna imkan verməyib və avtomobili işə salaraq sürüb. Maşın hərəkət edən zaman M.Abbasovun əli naməlum şəraitdə avtomobilə ilişib. Buna baxmayaraq sürücü maşını saxlamayıb və onu müəyyən məsafəyədək sürüyərək hadisə yerindən qaçıb. Nəticədə əl, diz, kürək və qarın nahiyələrindən ciddi xəsarət alan 36 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən sürücü isə sonradan polis tərəfindən saxlanılıb.

M.Abbasov ayrıldıqdan sonra kiçik qızı keçmiş həyat yoldaşının, bir oğlu ilə qızı isə onun himayəsində qalıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Taksi · 11 İyun 21:5300

    Rayonlarda sifariş taksi etmək lazımdır

    Cavab yaz
  • Anonim
    admin · 12 İyun 01:3900

    ol indi get iceri meledsinler seni. qeshey terpeyesen sonra cixasan burde bele qelet etmersen

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.