Kriminal

“Qapını qırıb 13 telefon götürdüm” - Təkrar oğurluq etmək istəyən cinayətkar tutuldu - VİDEO - FOTO

26 May 2018 18:45
0 Şərh     Baxış: 1 358
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DİN-in "102-Zəng Mərkəzi" Xidmətinə Ağcabədi şəhəri ərazisindəki telefon satışı mağazalarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin mağazadan 13 ədəd mobil telefonun oğurlandığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Abşeron rayon sakini Qurbanəli Əsgərzadə olduğu, oğurladığı mobil telefonların çoxunu satdığı müəyyən edilib. Mobil telefonlardan 2-si maddi sübut kimi ondan götürülüb.

Qurbanəli Əsgərzadə (saxlanılan şəxs): "Qapısının şüşəsini qırıb, içəri girib 13 telefon götürdüm. Yenə oğurluq üçün gəldim. Qapını qırdım, amma qonşular çıxdı deyə qaçdım. Səhər-səhər polislər tutdu".

Ağcabədi RPŞ-də araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Qapını qırıb 13 telefon götürdüm" - Təkrar oğurluq etmək istəyən cinayətkar tutuldu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.