Kriminal

Azərbaycanlılar fermeri öldürüb arvadına təcavüz etdilər - Rusiyada

25 May 2018 17:08
2 Şərh     Baxış: 6 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Volqaqrad əyalətində Azərbaycan və Özbəkistandan olan altı miqrant çinli fermeri öldürüb arvadına isə təcavüz ediblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əkin sahələrində qanunsuz əmək fəaliyyəti ilə məşğul olan şübhəlilər Çin vətəndaşı olan istixana sahibinin böyük satış həyata keçirdiyini öyrəniblər. 

Dəyənəklərlə silahlanan miqrantlar (altısı özbək, ikisi azərbaycanlı) ötən ilin sentyabrın 22-də gecə yarısı fermerin evinə hücum edərək onu və arvadının əllərini bağlayaraq mənzildə pul axtarışına çıxıblar. Lakin heç bir pul vəsaiti tapmayıblar. 

Nəticədə kişini döyüb, arvadına isə təcavüz ediblər. Cinayəti ört-basdir etmək üçün sonda kişini öldürüblər. 

İttiham olunan şəxslər haqda həbs qətimkan tədbiri seçilib. Cinayət sübuta yetirilərsə onları ömürlük həbs gözləyə bilər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.