Kriminal

Azərbaycanda sürücü xarici vətəndaşı maşınla vurub öldürdü və qaçdı

25 May 2018 13:51
0 Şərh     Baxış: 1 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari il martın 25-də saat 21 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Kürdəmir rayonu ərazisindəki stasionar postundan Rayon Polis Şöbəsinə Stansiya  Karrar kəndi ərazisində bir nəfərin avtomobillə vurulması barədə məlumat daxil olub.

DİN-dən Milli.Az-a verilən məlumata görə, yol polisi əməkdaşları dərhal yaralını xəstəxanaya çatdırıblar.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin əcnəbi vətəndaş İnayatxon Nauruzova olduğu və yolu keçərkən avtomobillə vurulduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Həkimlərin səyinə baxmayaraq ağır bədən xəsarətləri almış qadının həyatını xilas etmək mümkün olmayıb və o, martın 30-da xəstəxanada vəfat edib.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə yol nəqliyyat hadisəsinin "Mercedes" markalı avtomobillə törədildiyi müəyyən edilib.

Kürdəmir RPŞ və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobili idarə edən Qazax rayon sakini Rauf Musayev saxlanılaraq istintaqa təhvil verilib.  

Pünhan Mirzə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.