Kriminal

Sabirabadda qorxulu hal - Narkoplantasiyanın sahibləri yeniyetmələr imiş

23 May 2018 12:49
1 Şərh     Baxış: 3 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Həşimxanlı kəndi ərazisinə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 41 ədəd çətənə kolu və ümumi çəkisi 485 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Məsələ ilə əlaqədar olaraq RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Nərimankənd kənd sakinləri olan iki yeniyetməni  saxlayıb. Araşdırma zamanı onların Sahil Əhmədov və Qədir Babayev olduqları məlum olub.

Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya  təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Pünhan Mirzə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.