Kriminal

Əri polis olan xanım alimdən 5 nəfərə qarşı İNANILMAZ ƏMƏL: kişi və qadınları... - BAKIDA

23 May 2018 03:30
0 Şərh     Baxış: 6 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dələduzluqda təqsirli bilinən 1955-ci il təvəllüdlü Nuriyyə Ağayevanın barəsində hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə Nuriyyə Ağayevanın apelyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Nuriyyə Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, vətəndaşların etibarından sui-istifadə edərək onların pullarını ələ keçirib.

Nuriyyə Ağayeva zərərçəkmiş Rövşən Həsənovdan 4 min manat pul alıb. Bunun qarşılığında Rövşən Həsənovun oğlunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul etdirəcəyi vədini verib.

Lakin Nuriyyə Ağayeva qeyd edilən məbləği alsa da, vədinə əməl etməyib.

Bundan başqa, Nuriyyə Ağayeva Mənsurə Əliyevadan nəvəsini universitetə qəbul etdirmək adı ilə 7 min manat, Zenfira İmanovadan oğlunu ali məktəbə qəbul etdirəcəyi adı ilə 30 min manat, Məhərrəm Quliyevdən isə oğlunu işə düzəltmək adı ilə 3 min manat pul alıb.

Nuriyyə Ağayeva daha bir vətəndaşdan övladını ali məktəbə qəbul etdirmək adı ilə 25 min manat alıb.

Zərəкçəkmiş Rövşən Həsənov məhkəmədə ifadə verərkən deyib ki, Nuriyyə Ağayevaya əvvəlcə 3 min, sonra isə 1000 manat verib.

Nuriyyə Ağayeva pulu aldığını təsdiq edib. O bildirib ki, pulu verdiyi adam onu hədələyib və həmin şəxsin adını açıqlaya bilmir: "Özü də müəllimədir, yoldaşı isə polisdir. O, mənə dedi ki, adımı çəksən, özünü də, ailəni də ölmüş bil. Ona görə də adını çəkmək istəmirəm. Həmçinin pulu da qaytarmır".

Nuriyyə Ağayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törəеmək) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nuriyyə Ağayevanın əməli qanunda edilən dəyişikliyə görə 178.2.2-ci (xeyli miqdarda dələduzluq) maddəsinə tövsif edilib. O, 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum qadın və zərərçəkmişlər apelyasiya şikayəti veriblər.

Nuriyyə Ağayeva filologiya elmləri namizədi, "Əməkdar müəllim"dir. O, həbs edilməmişdən bir müddət əvvəl işlədiyi təhsil müəssisəsindən ayrılıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.