Kriminal

Bakıda gecə vaxtı banka daşla hücum

21 May 2018 12:40
0 Şərh     Baxış: 2 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 19-da saat 1 radələrində Nəsimi Rayon Mühafizə İdarəsinə bankların birinin rayon filialından həyəcan siqnalı daxil olub.

DİN-dən Milli.Az-a verilən məlumata görə, dərhal hadisə yerinə gələn polis əməkdaşları oranın giriş qapısının şüşəsini daşla sındıraraq oğurluğa cəhd göstərən şəxsi cinayət başında yaxalayıblar.

19-cu Polis Bölməsinə təhvil verilən şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhməd Zeynallı olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Pünhan Mirzə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.