Kriminal

Gürcüstanda saxta 4 min dollar satan 2 azərbaycanlı saxlanıldı

19 May 2018 13:40
0 Şərh     Baxış: 1 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti saxta pul satmaqda şübhəli bilinən 2 azərbaycanlını saxlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, istintaqla müəyyən olunub ki, Dmanisi rayon sakini Tanrıverdi K. adlı şəxs Gürcüstan vətəndaşına saxta pul almağı təklif edib. O, saxta pulları Türkiyədən gətirdiyini bildirib.

Tanrıverdi K. ortağı olan Rusiya vətəndaşı Vilayət A. ilə Gürcüstan vətəndaşına saxta 4 min dollar verərək əvəzində 1400 dollar alıblar.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.