Kriminal

Onlar ancaq spirtli içki oğurlayırlar...

19 May 2018 12:36
0 Şərh     Baxış: 1 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə mayın 5-dən 18-dək olan müddətdə Neftçilər prospektində yerləşən ticarət mərkəzlərinin birindəki marketdən 715 manat dəyərində spirtli içkilərin oğurlanması barədə müraciət daxil olub.

DİN-dən Milli.Az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək "isti izlər"lə saxlanılıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Seymur Rzayev və Vahid Cəfərzadə olduqları məlum olub. 

Faktla bağlı araşdırma aparılır.

Pünhan Mirzə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.