Kriminal

“Özümə görə əkmişəm, istifadə edənəm” - Narkotik istifadəçisinin ETİRAFLARI - VİDEO - FOTO

16 May 2018 20:24
0 Şərh     Baxış: 1 487

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şəmkir rayon sakini Qalib Məmmədovda odlu silah olması barədə məlumat daxil olub. 

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Baş İdarə və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.

Onun rayon ərazisindəki evinə baxış zamanı oradan 1 ədəd "Makarov" markalı tapança, həmin silaha məxsus içərisində 8 ədəd patron olan sandıqça aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Qalib Məmmədova məxsus istixanaya da baxış keçirilib. Oradan xüsusi qulluq edilərək yetişdirilən 243 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülüb.

Qalib Məmmədov - saxlanılan şəxs: "Polis əməliyyatçıları gəldib dedilər ki, bizdə məlumat var ki, səndə silah var. Mən də etiraf etdim və polisə təhvil verdim. "Makarov" silah idi içində də 8 ədəd gülləsi var idi. Silahı tapmışdım. Öz istixanamda 243 ədəd özüm üçün istifadə etdiyim çətənə kolunu polis əməkdaşları tapdı. Mənnən sorğu-sual etdilər. Dedim ki, özüm istifadə edənəm, özüm üçün əkmişəm".

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Özümə görə əkmişəm, istifadə edənəm" - Narkotik istifadəçisinin ETİRAFLARI

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.