Kriminal

“Qaytarıb vermək fikrim var idi” - 70 min oğurlayan şəxsin peşmanlığı - VİDEO - FOTO

15 May 2018 12:30
0 Şərh     Baxış: 1 423

Bu il aprelin 30-da DİN-in "102 Zəng Mərkəzi Xidməti"nə müraciət edən Mingəçevir şəhərində şirkətlərin birində işləyən Elçin Abdullayev tanımadığı 2 nəfərin onu vuraraq içərisində şirkətə məxsus pul olan çantasını aldıqlarını bildirib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalar nəticəsində məlum olub ki, saat 7 radələrində 2 nəfər şəhər ərazisindəki MMC-lərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70000 manat olan çantanı əlindən alaraq aradan çıxıb.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər müəyyən ediliblər.

Polis əməkdaşları tərəfindən saxlanılan basqınçılardan biri - şəhər sakini Kənan Vəliyevin yaşadığı evdən 16 min manata yaxın pul, 1 ədəd beşbarmaq və 2 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.

Kənan Vəliyev - saxlanılan şəxs: "Şeytan aldatdı. Peşmanlığını çəkirəm. Qaytarıb vermək fikrim var idi".

Faktla əlaqədar cinayət işi başlanılıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Qaytarıb vermək fikrim var idi" - 70 min oğurlayan şəxsin peşmanlığı

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.