Kriminal

Zərdablı şantajçı təkcə bir nəfərdən pul qoparmayıbmış...

14 May 2018 17:37
0 Şərh     Baxış: 1 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 11-də Zərdab rayon sakinləri olan 3 nəfərin barələrində sosial şəbəkədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etməsi barədə rayon polis şöbəsinə müraciətləri əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılan Çallı kənd sakini Qənimət Məmmədovun digər cinayət əməllərinin də üstü açılıb.

 

DİN-dən Milli.Az-a verilən məlumata görə, onun cari ilin fevral ayından aprel ayınadək olan müddətdə Zərdab şəhərində yanacaqdoldurma məntəqələrinin birinin və Ucar şəhərində 3 aptekin sahiblərinin xidməti fəaliyyətləri ilə əlaqədar barələrində sosial şəbəkəyə rüsvayedici məlumatlar yerləşdirəcəyi ilə hədələməsi, onların ikisindən - hər birindən 100 manat aldığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Pünhan Mirzə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.