Kriminal

“Ağdam” restoranının qarşısında “Kalaşnikov”larla adam öldürən killerlər Moldovada yaxalandılar - VİDEO

10 May 2018 11:08
0 Şərh     Baxış: 2 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın "Xarkov" şəhərində azərbaycanlılara məxsus "Ağdam" restoranının qarşısında "Kalaşnikov" avtomatlarından yaylım atəşi açaraq bir nəfəri öldürən, digərini yaralayan iki killer Moldovada yaxalanıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, killerlər-26 və 32 yaşlarında olan iki Azərbaycan vətəndaşı Moldova üzərindən Ukraynadan Türkiyəyə qaçmaq istəyərkən yaxalanıblar. Onları yaxalamaq üçün xüsusi təyinatlıların iştirakı ilə əməliyyat keçirilib.

Xəbərə görə qanqsterlər kirayə mənzildə yaxalanıblar. Onların Ukraynada fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplaşmanın ştatlı killerləridir. Killerlərin barəsində 72 saatlıq həbs qərarı seçilib, bundan sonra onların Ukraynaya təhvil verilməsi məsələsi həll ediləcək.

Saxlanılanların adları açıqlanmır, onlar Xarkovda sifarişli qətldə ittiham edilirlər. Bu səs-küylü cinayət martın 29-da baş verib. "Kalaşnikov" avtomatları ilə silahlanmış iki killer avtomobillə axşam saatlarında "Ağdam" restoranının qarşısından keçərək həmin vaxt kafedən çıxan "bir qrup qafqazlıya" atəş açıblar. Bu zaman Xarkov bazarlarından birində ticarətlə məşğul olan 32 yaşlı İsmayılov Zaur Əziz oğlu ölüb, əvvəllər qətlə görə məhkum edilmiş Gürcüstan vətəndaşı isə yaralanıb. Avtomobildə killerlərdən başqa daha iki nəfər olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Ağdam" restoranının qarşısında "Kalaşnikov"lardan atıb 1 nəfəri öldürən killerlər Moldovada yaxalandı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.