Kriminal

“Galendewagen”lə deputatın qarşısını kəsdi, çənəsini sındırdı və Bakıya qaçdı - VİDEO

2 May 2018 12:06
0 Şərh     Baxış: 5 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna parlamentində Pyotr Poroşenkonun Blokunun deputatı olan Mustafa Nayemə naməlum şəxslər tərəfindən hücum olub.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə aprelin 30-da Kiyevdə baş verib.

M.Nayem özünün "Facebook" səhifəsində hadisə ilə bağlı yazıb ki, yolda xuliqanlıq edən şəxslərlə sözü çəp gəlib. Daha sonra 4-5 nəfər onu döyüb.

Hazırda deputat xəstəxanadadır. Onun sözlərinə görə, hücum siyasi fəaliyyəti ilə əlaqədar deyil.

Patrul polisinin başçısı Yuri Zozul faktı təqdisləyib və bildirib ki, 4 nəfər şübhəli tutulub.

Mustafa Nayemon özünün dediyinə görə, onu döyən şəxs istintaqdan gizlənməyi bacarıb və Bakıya yola düşüb.

"Ən qəribə hadisələr dördüncü şəxslə bağlı baş verir. O, yoldaşlarının zəngindən sonra hadisə yerinə gələrək, mənə zərbələr endirib. Çox güman ki, dəstənin başçısı idi. Onu tutmağa söz vermişdilər, lakin məlum oldu ki, Borispoldan Bakıya uçub", - Nayem sosial şəbəkədə yazıb.

Saxlanılan şübhəlilərin kimliyi barədə məlumat verilmir.

Qeyd edək ki, Kiyevdə Ukrayna Ali Radasının "Pyotr Poroşenko bloku"undan deputatı Mustafa Nayemin çənəsini sındırıb Bakıya qaçan şəxsin görüntüləri yayılıb.

Ukrayna prokurorluğu həmin şəxsin deputatı döyəndən iki saat sonra Kiyevin "Borispol" hava limanından Bakıya uçduğunu təsdiq edib. Amma şəxsin kimliyi açıqlanmayıb, onun barəsində cinayət işi qaldırılması və barəsində axtarış elan edilməsi gözlənilir.

Ukrayna telekanalları bildirir ki, həmin şəxs "Mercedes Galendewagen" markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq deputatın idarə etdiyi "Honda" avtomobilinin yolunu kəsib. Bu vaxt tərəflər arasında mübahisə yaranıb. "Mercedes Galendewagen" sürücüsü köməyə dostlarını çağırıb, onlar BMW avtomobilində gəliblər və dava zamanı deputatın çənəsi sındırılıb. Mustafa Nayemə "Mercedes Galendewagen"in idmançı görkəmli sürücüsü zərbə endirib. O, hazırda xəstəxanadadır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

В центре Киеве избили нардепа Мустафу Найема

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.