Kriminal

39 minlik yol lövhələri oğurlandı - VİDEO

24 Aprel 2018 15:31
0 Şərh     Baxış: 2 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallıda oğurluq faktı qeydə alınıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Masallıda hələ istifadəyə verilməmiş Ələt-Astara avtomobil yolunun, rayonun Sərcuvar və Hüseynhacılı kəndlərindən keçən hissəsində, yolun kənarında quraşdırılan və aliminium materialından hazırlanmış 40 ədəd yol lövhəsi oğurlanıb.

Lövhələri quraşdıran şirkətin əməkdaşları tərəfindən məsələ ilə bağlı Masallı Rayon Polis şöbəsinə müraciət olunub. Əməliyyat-axtarış tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.

Məlum olub ki, cinayət hadisəsini rayonun Qasımlı kənd sakini, İlqar Şükürov və Şıxlar kənd sakini Fərhad Fərhadlı qabaqcadan əlbir olmaqla törədiblər.

Əvvəllər də məhkumluq həyatı yaşayan hər iki şəxs şirkətə ümumilikdə 34 min 358 manat ziyan vurublar. Həmin şəxslərin oğurladığı yol lövhələrinin bir hissəsi maddi sübut kimi götürülüb.

Fərhad Fərhadlının ətrafında aparılmış əməliyyat-axtarış tədbirləri zamanı onun törətdiyi digər bir cinayət faktının da üstü açılıb.

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:
39 minlik dələduzluq - Yol lövhələri oğurlandı

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.