Kriminal

22 yaşlı gənc bıçaqlanıb

20 Aprel 2018 08:28
0 Şərh     Baxış: 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda 22 yaşlı gənc bıçaqlanıb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Hacızadə Fuad Bəxtiyar oğlu naməlum şəxs tərəfindən iki bıçaq zərbəsi alıb.

Yaralı Sumqayıt şəhər TTYX-a çatdırılıb. Əməliyyat olunan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil. Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.