Kriminal

Nail Allahverdiyev şikayət etdi - Yenidən məhkəmə keçiriləcək

16 Aprel 2018 20:49
5 Şərh     Baxış: 2 775

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev yenidən məhkəmə qarşısına çıxarılacaq.

Milli.Az-ın ölkə.az-a istinadən xəbərinə görə, Nail Allahverdiyevin vəkili apellyasiya şikayətinin müddətinin bərpa edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət ünvanlayıb.

Ancaq fevral ayının 13-də keçirilən məhkəmə prosesində hakim müddəti bərpa etməyib. Vəkil müddətin bərpası ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Sabah hakim Faiq Qasımovun sədrliyi ilə vəkilin apellyasiya şikayətinə baxılacaq.

Qeyd edək ki, ötən il dekabr ayının 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində qərar verib. N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 264 (Yol nəqliyyat hadisəsi yerindən qaçma) və 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirli bilinib.

Xatırladaq ki, 2017-ci il avqustun 3-də axşam saat 21:30 radələrində Heydər Əliyev prospektindəki Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının binası qarşısında Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobillə 99 FS 777 dövlət nömrə nişanlı "Mazda" markalı avtomobilin yarışı zamanı ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən "Gelandewagen"-in sürücüsü qarşıdakı maşına dəyərək idarəetməni itirib və əsas yoldan ikinci dərəcəli yola çıxaraq səkidə dayanan 3 piyadanı vurub.
Nəticədə maşın yanıb. Üstəlik iki nəfər - avtomobilin sərnişini və piyada ölüb. Daha iki piyada - Türkiyə vətəndaşları olan Mütəllib və Songül Tekiş cütlüyü isə ağır bədən xəsarətləri alıb.

Dekabrın 18-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Ramin Nağdəliyev məhkəmədən Allahverdiyevin işindən 264-cü maddənin (Yol nəqliyyat hadisəsi yerindən qaçma) çıxarılmasını xahiş edib və müttəhimə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Nail Allahverdiyevin müdafiəsinin onun hadisə yerindən qaçmadığı və bu barədə ittihamın özünü doğrultmadığı ilə bağlı qaldırdığı vəsatəti təmin edərək məhkəmə müttəhimi AR CM-nin 264-cü maddəsi ilə təqsirli bilməyib.

Qeyd edək ki, ölkədə böyük rezonans doğurmuş qəzadan 3 gün sonra - avqustun 6-da Mazda markalı avtomobilin sürücüsü Mirməhəmməd İsmayılov saxlanılıb. Nərimanov rayon məhkəməsi onun haqqında 1 aylıq inzibati həbs qərarı seçib. Allahverdiyev də elə həmin gün saxlanılıb. Xətai rayon məhkəməsi onun haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, Nail Allahverdiyev 6 il cəza aldıqdan sonra apellyasiya şikayəti verməyəcəyini bildirmişdi.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Tovuzlu E · 16 Aprel 20:5840

    Iki insanin olumune sebeb ol, hadise yerinden qac, qezani basqasinin ustune yixmaq iste Ve sonda 6 il ceza,utanmadan sikeyet de ele

    Cavab yaz
  • Anonim
    $.$.$. · 16 Aprel 21:0320

    iki nəfərin ölumu hec nədir? 6 il cəza cəkmək istəməyən oqul bu cur trafik qəzası yaratmazdı .

    Cavab yaz
    • Anonim
      Dilek · 16 Aprel 21:4030

      6il?cooox azdi...

      Cavab yaz
      • Anonim
        Səhər · 17 Aprel 06:5810

        Yəqin yenidən yarışlara qoşulmaq istəyir.hələ ürəyi soyumayıb

        Cavab yaz
  • Anonim
    Zz · 17 Aprel 00:4520

    Yuz behaneyle cixaracaqlar ordan.Guya indi o hebsdediki,kefdedi orda.Cixaracaqlar ele helak olanin yaxinlari yaziqlar qalacaqlar yana yana

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.