Kriminal

Prokuror "Topaz" sahibini qətlə yetirən şəxslərə cəza istədi

16 Aprel 2018 17:56
2 Şərh     Baxış: 885

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə və quldurluqda təqsirləndirilən Fərid Bağırzadə, Kamran Qurbanov, Murad Eyvazov və Əkbər İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, təqsirləndirilən şəxslərin cinayətinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib.

Prokuror F. Bağırzadə və M. Eyvazovun hər birinin 20 il, Ə. İsgəndərovun 14 il, Kamran Qurbanovun isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses aprelin 23-də davam etdiriləcək.

Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində Saray qəsəbəsində "Topaz" mərc oyunları məntəqəsinin sahibi Anar Nadirlinin Abşeron rayonu Saray qəsəbə sakinləri Çingiz Babayev, Fərid Bağırov, Kamran Qurbanov, Murad Eyvazov və Ağstafa rayon sakini Əkbər İsgəndərov tərəfindən amansızlıqla öldürüldüyü müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri saxlanılaraq istintaqa təqdim edilib.

Milli.Az

Şərh yaz:

2 Şərh:

  • Anonim
    topaz · 16 Aprel 19:2100

    Topaz hər gün minlərlə insanı məhv edir. axırda hamısı belə olacaq

    Cavab yaz
  • Anonim
    .... · 16 Aprel 21:4100

    1cisi o topaz sahibi deyil ordaki iscidi. Birde Anar yoox Amal Nadirli. Allah ona qiyanlarin cezasin versin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.