Kriminal

Bakıda qadını avtomobillə vurub öldürən polisin məhkəməsi başladı

16 Aprel 2018 16:39
0 Şərh     Baxış: 835

Nərimanov Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nərimanov RPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis baş serjantı Nicat İbrahimlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Milli.Az APA-ya istinadən xəbərinə görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. N.Məmmədov elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O deyib ki, avtomobillə hərəkətdə olarkən yola qəfil yola çıxan piyadanı görüb və avtomobili saxlamaq üçün texniki imkanı olmayıb.

Proses aprelin 23-də davam etdiriləcək.

İttihama görə, ötən il dekabrın 28-də Bakı şəhəri Nərimanov rayonu F.Xoyski - 99 ünvanında Nərimanov RPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis baş serjantı İbrahimli Nicat Əfqan oğlu idarə etdiyi 10 XX 955 dövlət nömrə nişanlı, "Toyota Prado" markalı avtomaşınla yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü İdrisova Ədilə Tapdıq qızını vurub, sonuncu yolun əks tərəfində hərəkətdə olan Məmmədov Seydi Eldar oğlunun idarə etdiyi "Nissan Sentra" markalı, 90 US 078 dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsinə dəyib, nəticədə piyada Ədilə İdrisova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Ə.İdrisova 5 nömrəli Xəstəxanada xadimə işləyib. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.