Kriminal

“Mən BMT-dən də sığınacaq almışam”

16 Aprel 2018 13:15
0 Şərh     Baxış: 1 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Feto"çu olmaqda ittiham edilərək Türkiyədə axtarışa verilən Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. 

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

O ifadəsində bildirib ki, Azərbaycana qanuni yolla keçib: "Mənim Gürcüstanda oturum haqda icazə sənədim var. Oradan Azərbaycana sığınacaq üçün gələndə Qazaxda qanunsuz həbs edilmişəm. Heç bir terror təşkilatının üzvü deyil. Mən BMT-dən də sığınacaq almışam".

Hakim bildirib ki, bununla bağlı BMT-yə sorğu göndəriləcək. Proses aprelin 19-da davam etdiriləcək. 

Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Ceyhan ölkəsinin məhkəmə orqanları tərəfindən Fətullahçı Terror Təşkilatını (FETÖ) üzvü olmaqda ittiham edilərək  axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib. 

Qazax Rayon Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq 1 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.