Kriminal

İrandan Azərbaycana narkotik vasitələr keçirən şəxs saxlanıldı

14 Aprel 2018 12:10
1 Şərh     Baxış: 1 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

DGK-dan Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı, zərurət yarandığından vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, həmin şəxsin düz bağırsağında narkotik vasitələr - 3 bükümdə ümumi xalis çəkisi 42,479 qram olan heroin, 2 bükümdə ümumi xalis çəkisi 15,566 qram olan qurudulmuş marixuana, 1 bükümdə isə 20 ədəd metadon adlı həb aşkar edilib.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir və aşkar olunan 20 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.