Kriminal

Alma bağının sahibini daşla öldürən şəxs 13 il azadlıqdan məhrum edildi

13 Aprel 2018 17:34
0 Şərh     Baxış: 669

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Samir Mahmudovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az report-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S.Mahmudov 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, S.Mahmudov Eldar Əhmədovun Qubadakı alma bağında işləyirmiş. Bir neçə ildən sonra onlar arasında işə görə mübahisələr başlayıb. E.Əhmədov S.Mahmudovu və onun atasını öz bağından qovub. Amma onlar bununla razılaşmayıb və dəfələrlə mübahisə ediblər. Sonuncu mübahisə zamanı S.Mahmudov alma bağında E.Əhmədova daş atıb. Daş onun baş nahiyəsinə dəyib. S.Mahmudov alma bağını tərk edib və bir neçə dəqiqə sonra E.Əhmədov dünyasını dəyişib.

S.Mahmudov ittihamla razılaşmır və özünü günahkar bilmir. Deyir ki, E.Əhmədov ağacdan yıxılaraq xəsarət alıb və dünyasını dəyişib.

Qeyd edək ki, S.Mahmudov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.