Kriminal

Məmur ərini döydüyü deyilən qadın: "O şeytandır" - FOTO

13 Aprel 2018 14:34
6 Şərh     Baxış: 3 585

Onun 120, mənim isə 67 kiloqram çəkim var. Mən onu necə döyə bilərəm!?.

Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında Sumqayıtda keçmiş əri, sabiq polis əməkdaşı Nəsib Abışovu döydüyü iddia edilən Natavan Abışova deyib.

Onun sözlərinə görə, hazırda Əmək və Əhalinin Sosial Müdafisəsi Nazirliyində (ƏƏSMN) baş müfəttiş vəzifəsində çalışan N.Abışovdan bu il fevralıln 5-də rəsmi olaraq ayrılıb. 

N.Abışova bildirib ki, ötən ilin avqust-sentyabr aylarında əri tərəfindən mütəmadi döyülüb və beş ay anasının evində yaşayıb: "Bu müddət ərzində məhkəmyə müraciət etdim və rəsmi olaraq boşandım. Məhkəmənin qərarı ilə yaşadığımız ev iki hissəyə bölündü. Lakin o, evin bütün otaqlarından və əşyalarından, mən isə iki övladım - bir oğlan, bir qız ilə yalnız bir otağından istifadə edə bilirik. Biz bir otağa sakitcə girib çıxırıq, evdə sakit gəzirik, səs-küy salmırıq. Çünki adi bir səs olan kimi məni və övladlarımı döyür. Oğlum məni onun əlindən ala bilmirdi. Hətta mənə deyirdi ki, öz doğma oğlunun cibinə narkotik maddə qoyub onu şərləyəcək. Bir insan öz doğma oğluna qarşı bunu necə edə bilər axı!? Gördüm belə alınmayacaq oğlumu xaricə göndərdim. Evdə nə internetdən istifadə edə, nə də televizora baxa bilirik. Mənim də, qızımın da əsəbləri pozulub. Hər gün evə içkili vəziyyətdə gəlir və bir bəhanə axtarır ki, ya məni döysün, ya da qızımı. Biz evdə olmayanda isə bizim otağa girib, qızımın və mənim şəxsi əşyalarımızı, geyimlərimizi qarşıdırıb otağın ortasına tökür. Evdə əxlaqsız hərəkətlər edir, məni və qızımı nalayiq ifadələrlə söyərək təhqir edir".  

N.Abışovanın sözlərinə görə, hadisə baş verən gün o, ərindən ayrıldıqdan sonra əvvəllər birgə yaşadıqları otağa geyim və şəxsi əşyalarını götürmək üçün girib və bu zaman Nəsib Abışovla aralarında mübahisə yaranıb: "Məni otaqdan çıxanda gördü və üstümə hücum çəkdi, saçlarımdan tutaraq məni yerə yıxdı. Evdən oğurluq etdiyimi deyərək məni şərləmək istəyirdi. Mən isə otaqdan götürdüyüm geyimləri və əşyaları ona göstərdim. Qızım səsimizi eşidib digər otaqdan gəldi və məni onun əlindən aldı. Biz öz otağımıza girib sakitcə oturmuşduq. Bir də gördük ki, qapı açıldı və Nəsib əlində bıçaqla girdi bizim otağa. Mən qorxdum ki, bizi öldürər, ona görə də qışqırmağa başladım ki, səsimizə qonşular gəlsin. Qızımla bıçağı onun əlindən alıb atdıq. Bu zaman Nəsib yumruqla mənim üz nahiyəmə zərbələr endirməyə başladı. Mən onun əlindən çıxıb çölə qaçdım. Birdə baxdım ki, qızımın qışqırıq səsi gəlir. Tez otağa qaçdım, gördüm ki, qızımın boğazını tutub boğmaq istəyir. Mən də onu itələdim və qızımı onun əlindən alıb Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə qaçdıq. Polis bölməsinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırıldı, mənə və qızıma tibbi yardım göstərildi. Nəsib mənə həmişə deyirdi ki, səni mənəvi cəhətdən məhv edəcəyəm. Buna görə də dərhal xəstəxanaya gedib, hər kəsə də deyib ki, guya mən onu döymüşəm". 

O, baş verən bütün hadisələrin qonşuların gözü önündə olduğunu və onların hər yerdə şahidlik edə biləcəklərini bildirib: "Müvafiq qurumlara bu münaqişələrlə bağlı müraciət etmişəm. Mən onu sevib evlənmişəm, amma o, əxlaqsız hərəkətləri ilə sevgimi nifrətə çevirdi. Mən onun ikinci ailəsiyəm, uşaqlarıma görə dözdüm oturdum. O şeytandır. Yaxşı ki sonuncu davada nə oğlum, nə də başqa qohumlarım evdə olmayıb, yoxsa o, hamını şərləyəcəkdi". 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    sax · 13 Aprel 14:5120

    bu ne murdarliq aileye qarsi...allah onun belasini versin

    Cavab yaz
    • Anonim
      Edik · 13 Aprel 18:0800

      Ay alcaqlar yanlarinda olmusuz?niye bohtan yazirsixz

      Cavab yaz
  • Anonim
    Emmaa❤❤ · 13 Aprel 15:1320

    A kül senin kişi başına alçaq şerefsiz vicdansız ... ne qeder pis soyusler varsa hamısı sene aitdir gücünü qadına gösteren kişi .. kişi deyil vehsi heyvandı r usaqlarıda evden didergin salıb Ermeni qodug

    Cavab yaz
  • Anonim
    kate · 13 Aprel 15:3600

    Hər ikisi bu vəziyyətdə yaşadıqları üçün çox peşiman olacaq bir gün.

    Cavab yaz
  • Anonim
    555 · 13 Aprel 16:1000

    Allah düz yola gətirsin. birdəki Allah bilir kimlərin haqqına girib onu bu dunyada Allah çəzalandırır kişi olan kəs qadının hər halında ona dayaq olmalıdır

    Cavab yaz
  • Anonim
    S · 13 Aprel 16:1310

    Elinden bicagi ala bilibse demek ki doye de biler

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.