Kriminal

Vətəndaşların 332 min 200 manatını mənimsəyən bank əməkdaşına hökm oxundu

13 Aprel 2018 14:15
0 Şərh     Baxış: 1 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank" ASC-nin dələduzluqda təqsirləndirilən əməkdaşı Novruz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N. Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, N.Vəliyev Kənan Nağıyev və Cavad Cavadovun etibarından sui-istifadə edərək Forex maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verərək aldatmaqda, bu yolla həmin şəxslərin, ümumilikdə, 332 min 200 manat məbləğində vəsaitini ələ keçirməkdə ittiham olunur.

N.Vəliyev Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

O, məhkəmədə özünü qismən təqsirli bilib və zərərçəkmiş şəxslərə vurulan ziyanın bir qismini ödədiyini söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.