Kriminal

Ukraynada Azərbaycan vətəndaşını döyüb pulunu alıblar

13 Aprel 2018 13:20
0 Şərh     Baxış: 900

Ukraynanın Zaporojye vilayətində mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri Azərbaycan vətəndaşını döyərək onun pulunu alıblar.

Bu barədə Milli.Az report-a istinadən xəbər verir.

İbtidai istintaq çərçivəsində müəyyən edilib ki, şübhəli şəxslər Azərbaycan vətəndaşı döyərək ondan mövcud olmayan borc qarşılığında 20 min ABŞ dolları məbləğində pul tələb ediblər.

Ukraynanın Milli Polisinin Baş İdarəsinin məlumatına görə, aprelin 5-də cinayıt işində adı hallanan 3 nəfər 1958-ci il təvəllüdlü Azərbaycan vətəndaşının evinə gələrək onu "Volkswagen Golf" markalı avtomobilini verməyə məcbur ediblər.

Qruplaşmanın 24 yaşlı iki üzvü həbs edilib, daha bir üzv - 1997-ci il təvəllüdlü şəxs isə sutkalıq ev dustaqlığına götürülüb. Ukrayna Cinayət Məcəlləsinin zorla mənimsəmə maddəsi ilə cinayət işi açılıb. Maddədə 7 ilədək həbs cəzası nəzərdə tutulur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.