Kriminal

Məşhur tikinti şirkətinin rəhbər işçilərinin məhkəməsi başladı

13 Aprel 2018 12:35
0 Şərh     Baxış: 1 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Emin Gül, Nicat Məmmədov, Cavid Qurbanov və cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslərin vəkilləri cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə iş üzrə hazırlıq iclasını aprelin 27-nə təyin edib.

İttihama görə, "Xudafərin" Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Emin Gül və Cavid Qurbanova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.