Kriminal

İşlədiyi evdən oğurluq edən fəhlə tutulub - FOTO

13 Aprel 2018 08:12
0 Şərh     Baxış: 1 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərtər rayonunda oğurluq hadisəsi baş verib.

Milli.Az bildirir ki, DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan "report"a verilən məlumata görə, Tərtər rayon Hüləbətli kənd sakini Rübabə Cəlilova rayon Polis şöbəsinə müraciət edərək evindən ümumi dəyəri 3 min manat olan qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

Bununla əlaqədar Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılıb. Aparılan axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalar zamanı onun ev sahibinin həmkəndlisi Yusif Əsgərov olduğu məlum olub. Dindirilmə zamanı o, oğurladığı qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə satdığını etiraf edib. Y.Əsgərov oğurluğu evdə fəhlə kimi işlədiyi zaman etdiyini bildirib.

Faktla bağlı Tərtər RPŞ-nin İstintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.