Kriminal

Bakıda mağazalara qənim kəsilən şəxslər tutulublar

3 Aprel 2018 17:23
0 Şərh     Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, aprelin 2-də saat 5.40-da Xətai Rayon Mühafizə İdarəsinə ərazidəki qorunan marketlərin birindən həyəcan siqnalı daxil olub.

Dərhal həmin ünvana gələn İdarənin əməkdaşları oradan tütün məmulatı oğurlamağa cəhd edən şəxsi cinayət başında yaxalayaraq 35-ci Polis Bölməsinə təhvil veriblər. 

Bölmədə aparılan araşdırmalarla onun Bakı şəhər sakini Asif Həsənov olduğu məlum olub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər cinayətlərinin də üstü açılıb. Polis əməkdaşları tərəfindən A.Həsənovun həmin gün saat 4 radələrində daha bir marketdən oğurluğa cəhd göstərməsi, həmçinin, martın 20-də başqa bir marketdən içərisində 3230 manat pul olan seyfi oğurladığı da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Pünhan Mirzə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.