Kriminal

Bakıda 27 yaşlı gənc anasının qəbri üstündə intihar etdi

24 Mart 2018 18:40
2 Şərh     Baxış: 3 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.

Milli.Az bildirir ki, ölkə.az-a verilən məlumata görə, 1991-ci il təvəllüdlü Əhmədov Fərid Səfər oğlu bir neçə bıçaq xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. Məlum olub ki, F.Əhmədov özünə anasının qəbrinin üstündə xəsarət yetirib.

Belə ki, dayısıoğlu ilə anasının qəbrini ziyarətə gedən Fərid qohumundan bir az aralı durmağı xahiş edib. Fəriddən ayrılan dayısıoğlu 5 dəqiqə keçməmiş bibisioğlunu qan içində görüb.

Üzərində gəzdiridiyi bıçaqla özünə bir neçə bıçaq xəsarəti yetirən Fəridin vəziyyəti ağır kimi qiymətləndirilir.

Araşdırmalar zamanı məlum olub ki, F.Əhmədov 2-ci qrup əlildir və psixoloji probemləri var, dəfələrlə bu xəstəliklə əlaqədar xəstəxanada müalicə alıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.