Kriminal

37 il həbs yatmış şəxs oğurluğa görə yenidən saxlanıldı

24 Mart 2018 18:21
0 Şərh     Baxış: 1 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboy rayonunda mal-qara oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, rayonun Borsunlu kəndində ümumi dəyəri 5 min 200 manat olan 4 baş iribuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb. Belə ki, həmin kəndin sakini olan, 1961-ci il təvəllüdlü Etibar Qarayev Ələddin oğlu martın 20-də həmkəndlisinin həyətyanı səhəsində yerləşən tövlədən mal-qaranı oğurlayaraq onları satmaq istəyib.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində E.Qarayev saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, saxlanılan şəxs keçmiş məhkumdur və ümumilikdə 37 il həbs cəzası yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.