Kriminal

Ər arvadını bıçaqlayaraq qətlə yetirib

23 Mart 2018 08:55
4 Şərh     Baxış: 2 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xırdalan şəhərində gənc qadın bıçaqlanaraq öldürülüb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Məmmədcanova Türkanə Kamran qızı həyat yoldaşı (hələlik ad soyadı açıqlanmır) ilə mübahisə edib. Nəticədə əri T.Məmmədcanovaya bir neçə bıçaq zərbəsi vurub. Yaralı çoxlu qan itirirək hadisə yerində dünyasını dəyişib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.