Kriminal

Torpaq sahəsini hasara almaq istəyərkən kütləvi dava düşüb, xəsarət alanlar var - FOTO

21 Mart 2018 12:30
1 Şərh     Baxış: 3 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdamda qonşular arasında kütləvi dava olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə 4 Yol qəsəbəsində torpaq sahəsi üstündə baş verib. 

Ramiz Nəsibov qonşusu Məmmədov Rəşadətlə arasında qalan torpaq sahəsini hasara almaq istəyərkən dava düşüb. Dava zamanı səs-küyə gələn ailə üzvləri  2002-ci il təvəllüdlü  Məmmədov Kamil Qabil oğlu, 1998-ci il təvəllüdlü Abdullayev Elmir Teymur oğlu,  1982-ci il təvəllüdlü Məmmədov Xaliq  Ziyəddin oğlu, 1945-ci il təvəllüdlü  Məmmədov İmran oğlu və ev sahibi Rəşadət Məmmədov  Ramiz Nəsibov və qardaşları tərəfindən döyülərək xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.