Kriminal

Sərxoş kişi öz həmyerlisini qətlə yetirib

21 Mart 2018 08:39
0 Şərh     Baxış: 2 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlax rayonunun Xaldan kəndində qətl hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, tanışlar arasında bayram qonaqlığından sonra mübahisə düşüb.

Nəticədə əvvəllər məhkumluq həyatı yaşamış, 1958-ci il təvəllüdlü Xaldan kənd sakini Rzayev Mahir Tahir oğlu sərxoş vəziyyətdə öz tanışı, 1973-cü il təvəllüdlü Birinci Salamabad kənd sakini Yusifov Xəyal Neman oğlunu bıçaqlayıb. Yaralı kəskin qanitirmədən keçinib.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.