Kriminal

25 yaşlı oğlan bıçaqlanıb

19 Mart 2018 22:58
0 Şərh     Baxış: 1 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakəndə 25 yaşlı oğlan bıçaqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün axşam saat 19 radələrində Balakən şəhər, N. Nərimanov küçəsi ev 45 ünvanında yaşayan 1993-cü il təvəllüdlü İsrafil Fərhad oğlu Əliyev bıçaq yarası xəsarəti ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, müayinə zamanı 25 yaşlı İsrafil Əliyevə döş qəfəsinin sağ tərəfinin arxa hissəsinin kəsilmiş-deşilən və daxilə nüfuz edən bıçaq yarası dioqnozu qoyulub. İsrafil Əliyevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Balakən rayon Polis Şöbəsindən verilən məlumatda İsrafil Əliyevin bıçaqlanması faktı təsdiqlənib, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib. Məlumatda bildirilir ki, İsrafil Əliyev Balakən MRX-da diş həkimi işləyən Fərhad Əliyevin oğludur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.