Kriminal

Azərbaycanda “Instagram” yalanları ilə 200 nəfərin pulunu mənimsəyən dələduz tutuldu - FOTO

14 Mart 2018 15:11
3 Şərh     Baxış: 3 516

"Instagram" sosial şəbəkəsində insanlara yalan vədlər verərək onları dələduzluq yolu ilə aldadan və pullarını mənimsəyən şəxs polislər tərəfindən saxlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə "İnstagram" sosial şəbəkəsində "xaker_telefon_izle" adlı səhifənin sahibinin vətəndaşların etibarından sui-istifadə edərək onları dələduzluq yolu aldatdığı və külli miqdarda pullarını mənimsədiyi barədə məlumat daxil olub.

Aparılan əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, həmin səhifədə insanlara pul müqabilində guya xüsusi kompüter proqramlarının köməkliyi ilə qarşı tərəfin xəbəri olmadan "mobil telefonun yönləndirilməsi", "telefonda ön kameranın açılması" və bu üsulla telefon sahibinin gedəcəyi yerlər haqqında məlumatların əldə edilməsi kimi uydurma xidmətlər təklif olunur.

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində "xaker_telefon_izle" səhifəsinin Ağdam rayon sakini Nurlan İsmayılov adlı şəxs tərəfindən idarə olunduğu müəyyən edilib və o, saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs qarşı tərəfin şəxsi məlumatlarını əldə edəndən sonra öz adına poçt vasitəsilə 600 manat pul göndərilməsini istəyib. N.İsmayılov pulu əldə edən kimi həmin şəxsləri sosial şəbəkələrdə "qara sıyahı"ya ataraq onlarla əlaqələrini kəsib.

Saxlanılan şəxs bu üsulla 200 nəfərə yaxın insanı aldatdığını, həmçinin, tələb etdiyi pulu verməyənləri ona göndərilən məlumatları yayacağı ilə də hədələyib. N.İsmayılov ifadəsində "İnstagram"da səhifəsinə müraciət edən insanlara yalan vədlər verdiyini və vətəndaşları dələduzluq yolu ilə aldadaraq pullarını ələ keçirdiyini etiraf edib. Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edərək sosial şəbəkələrdən istifadə edən zaman bu tipli vədlər verərək insanları dələduzluq yolu aldadan və pullarını mənimsəyən, həmçinin müəyyən xidmətlər müqabilində şəxsi məlumatlar tələb edən səhifələrdən uzaq durmağı tövsiyyə edir.

Pünhan Mirzə

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    nn · 14 Mart 15:2961

    Saq ol səni ağdamlı balası. Uşaqda fərasətə bax. Molodes.

    Cavab yaz
  • Anonim
    konul · 14 Mart 16:0450

    buna pul odeyenler seviyyesini yazdiqlarindan gormeli idiler (pramoy praqram)

    Cavab yaz
  • Anonim
    !!!! · 14 Mart 16:4170

    O iki yüz nəfər "lox" kimdir görəsən? Buna inanan axmaqlara əcəb olub elə

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.