Kriminal

Azərbaycanda idmançının qollarının kəsilməyinin TƏFƏRRÜATI - YENİLƏNİB

24 Fevral 2018 12:46
1 Şərh     Baxış: 4 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:46

Mingəçevirdə yerləşən "Kür" Olimpiya İdman Tədris Mərkəzində təlim-məşq toplanışında olan idmançının xəsarət almasının təfərrüatı məlum olub.  

Milli.Az bildirir ki, mərkəzin direktoru Natiq Abbasov report-a açıqlamasında bildirib ki, hadisə ehtiyatsızlıq zəminində baş verib. 

O deyib ki, idmançı intihara cəhd etməyib: "Bu, intihara cəhd deyil. Sadəcə olaraq, Lyapunov bir az əsəbidir. Tualetin qapısını aça bilmədiyi üçün özündən çıxıb və şüşəyə yumruq vurub. Nəticədə damarları kəsilib. O, dərhal xəstəxanaya çatdırılıb və qoluna tikiş qoyulub. Hazırda səhhəti normaldır. O, bu gün Bakıdakı xəstəxanalardan birinə aparılacaq. Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan da bildirilib ki, hadisə ehtiyatsızlıqdan baş verib: "İdmançının intihara cəhd etməsi barədə yazılanlar doğru deyil".  

----------
10:05

Mingəçevirdə Rusiyadan olan idmançı özünə qəsd edib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında "Kür" Olimpiya İdman Tədris Mərkəzində baş verib.

Belə ki, avarçəkmə üzrə Rusiya yığmasının adı hələ dəqiqləşdirilməmiş təmsilçisi qollarını doğrayaraq intihara cəhd edib.

Yaralı təcili xəstəxanaya çatdırılıb. Hadisənin əsl səbəbi, hələ ki, məlum olmasa da, onun sərxoş vəziyyətdə olduğu deyilir.

Qeyd edək ki, hazırda avarçəkmə üzrə Rusiya yığması Mingəçevirdəki tədris mərkəzində təlim keçir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.