Kriminal

Sumqayıt sakinini borca görə diri-diri basdırdılar? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

23 Fevral 2018 21:30
1 Şərh     Baxış: 5 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:30

"Sumqayıt şəhərində bir şəxsin döyülərək qəbiristanlıqda basdırılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil".

Milli.Az xəbər verir ki, bunu "report"a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib.

Onun sözlərinə görə, əslində, bu cür məlumatlar hadisənin təhrif olunmuş formada təqdimatıdır: "Hadisə, sadəcə olaraq, iki yaxın dost arasında məişət zəminində qeydə alınıb. Faktla bağlı polis tərəfindən araşdırma aparılır".

----------

20:05

Sumqayıt şəhərində gənc oğlanı borca görə döyüb qəbiristanlıqda diri-diri basdırıblar.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Corat qəsəbə qəbiristanlığında baş verib.

Belə ki, Abşeron rayonunun Saray qəsəbə sakini, 1993-cü il təvəllüdlü Kənan Elsevər oğlu Mustafayev naməlum şəxslər tərəfindən Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən qəbiristanlığa çağrılaraq döyülüb. Sonra K.Mustafayevi qəbiristanlıqda diri-diri basdırıblar. Qəbiristanlıq ərazisində təmizlik işləri görən şəxs yaralı vəziyyətdə olan K.Mustafayevi oradan çıxarıb və yaxınlıqdan keçən yerli sakinlərin köməkliyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıblar. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.