Kriminal

Ukraynada azərbaycanlı quldur-mafioz saxlanıldı - Azərbaycan axtarışa verib - FOTO

23 Fevral 2018 21:15
0 Şərh     Baxış: 2 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində kriminal qruplaşmalardan birinin lideri olan Azərbaycan vətəndaşını yaxalayıb. 

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti bildirir.

"Azərbaycan bu cinayətkarı ağır və xüsusilə ağır cinayətlərə, o cümlədən mütəşəkkil cinayətkar dəstənin tərkibində odlu silah tətbiq etməklə quldurluq əməli törətməyə görə məsuliyyətə cəlb etmək üçün beynəlxalq axtarışa verib"-deyə məlumatda deyilir.

Əməliyyatçılar Azərbaycan vətəndaşının yerini müəyyən ediblər və onun yaxalanması üçün əməliyyat keçirilib. Həmin mafiozun Ukraynanın mərkəzi regionlarından birində kiçik qəsəbədə yaxalandığı bildirilir. Saxlanılan şəxsin kimliyi barədə məlumat verilmir.

Hazırda onun Azərbaycana ekstradisiyası məsələsinə baxılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.