Kriminal

​Atasını müdafiə etmək istəyən oğul bıçaqlandı - VİDEO - FOTO

22 Fevral 2018 15:18
1 Şərh     Baxış: 2 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaxda 28 yaşlı gənc bıçaqlanıb. Atasını başqa bir şəxsin təhqir etdiyini görən gənc mübahisəyə qarışıb. Amma onun bu müdaxiləsi qanı bahasına başa gəlib.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə Qaxın Nizami parkı ərazisində baş verib. Mübahisə zəminində Qax sakini, 28 yaşlı Nüsrət Hilal oğlu Əliyev bıçaqlanıb.

Teymur Abdurrahmanov (hadisə şahidi): "Çevrildim gördüm ki, mübahisə edirlər. Oğlu da eşidib getdi ki, sən kimə söyürsən. Böyrünə bıçaq vurdu. Mən də kömək etdim. Gətirdim xəstəxanaya".

Nüsrət Əliyevə döş qəfəsinin sol hissəsinin kəsilmiş-deşilən, lakin daxilə nüfuz etməyən bıçaq yarası dioqnozu qoyulub. Onun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır. Hadisəni Rüfət adlı şəxsin törətdiyi bildirilir. O, keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Atasını müdafiə etmək istəyən oğul bıçaqlandı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.