Kriminal

6 bıçaq zərbəsi alan yaralı, xəstəxanaya özü gəldi - VİDEO - FOTO

22 Fevral 2018 12:12
0 Şərh     Baxış: 1 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba sakini  ölümdən son anda dönüb.

Rayon sakini, 26 yaşlı Rəşad Hacıyev tanışı Orxan Süleymanovla mübahisə edib. Daha sonra isə üzərində gəzdirdiyi bıçaqla Süleymanovu öldürmək məqsədilə ona 6 zərbə vurub.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Orxan Süleymanov yaralı vəziyyətdə hadisə yerindən qaçaraq özünü Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Həkimlər zərərçəkəni dərhal əməliyyat edərək həyati təhlükəsini aradan qaldırıblar. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Rəşad Hacıyev saxlanılıb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

6 bıçaq zərbəsi alan yaralı, xəstəxanaya özü gəldi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.