Kriminal

28 yaşlı kişi tanışına 6 bıçaq vurdu

21 Fevral 2018 11:14
0 Şərh     Baxış: 1 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba rayon sakini tanışını öldürməyə cəhd edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Damla" adlanan yerdə baş verib. Rayon sakini, 1992-ci il təvəllüdlü Hacıyev Rəşad Osman oğlu həmin yerdə tanışı Süleymanov Orxan Balakişi oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində R.Hacıyev üzərində gəzdirdiyi bıçaqla O.Süleymanovu öldürmək məqsədilə ona 6 bıçaq zərbəsi vurub.

O.Süleymanov hadisə yerindən yaralı vəziyyətdə qaçaraq özünü Quba rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlər yaralını dərhal əməliyyat edərək onun həyatını xilas edib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən R.Hacıyev saxlanılıb.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.