Kriminal

Keçmiş məhkumla əlbir olan yeniyetmə oğurluğa görə saxlanıldı - VİDEO - FOTO

20 Fevral 2018 13:39
0 Şərh     Baxış: 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxt polisi daha iki oğurluq hadisəsinin üstünü açıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 16-da rayon ərazisindəki 1 mağazadan 2720 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Səmədov və Beyləqan rayon sakini olan 1 yeniyetmə saxlanılıb.

Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları isə Nazim Salmanovu və Arzu Məmmədovu yaxalayıblar. Əməliyyat tədbirləri ilə onların 2 nəfərin cibindən və 1 qadının çantasından mobil telefon və pulqabı oğurlamaları müəyyən edilib.

Fakt araşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Keçmiş məhkumla əlbir olan yeniyetmə oğurluğa görə saxlanıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.