Kriminal

"Lotu Quli"ni təhqir etdiyinə görə öldürüldüyü deyilirdi - Xəbər təsdiqlənmədi - YENİLƏNİB - VİDEO (18+)

19 Fevral 2018 21:18
8 Şərh     Baxış: 13 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:18

Rusiyada Avropa "obşyakı"nın nəzarətçisi Şeyx Həmzət kimi tanınan Həmzət Qastamirovun cinayətkar klanının Timur adlı çeçen üzvünün öldürülməsi xəbəri təsdiqlənməyib. 

Milli.Az "Baku.ws"ə istinadən xəbər verir ki, Həmzət Qastamirova yaxın mənbələr məlumatın yalan olduğunu bildiriblər.

Onların sözlərinə görə, Timur sağdır, internetdə yayılan video və fotodakı şəxs o deyil. 

Qeyd edək ki, bir nəfər Rusiyada "Mercedes" markalı avtomobilin sükanı arxasında, naməlum şəxslər tərəfindən güllələnib. Həmin şəxsin, bir müddət əvvəl Lotu Qulini təhqir edən Həmzət Qastamirovun cinayətkar klanının Timur adlı üzvü olduğu iddia edilirdi. 

Timur yaydığı video müraciətdə "Lotu Quli"ni təhqir edir və açıq şəkildə onun cəzalandırılacağını deyib. Ehtimal edilir ki, məhz bu təhdid dolu ismarıca görə Timur qətlə yetirilib. 

Qeyd edək ki, Qastamirov hal-hazırda Almaniyada yaşayır. O, 2016-cı ilin avqust ayında öldürülmüş qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşlığı sayılır. Qastamirov Lənkəranskinin qisasını alacağına and içib.

---------

16:54

Rusiyada Avropa "obşyakı"nın nəzarətçisi Şeyx Həmzət kimi tanınan, Həmzət Qastamirovun cinayətkar klanının çeçen üzvü öldürülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə cinayətkar dairələrə yaxın olan mənbələr məlumat verib.

Timur adlı kişi idarə etdiyi "Mercedes" markalı avtomobilin sükanı arxasında, naməlum şəxslər tərəfindən güllələnib. Cinayətkarlar avtomobilə avtomat silahlardan çoxsaylı atəş açıb. Hələlik hadisənin Rusiyanın hansı ərazisində törədildiyi məlum deyil.

Bundan bir müddət əvvəl Timur internetdə  hazırda Türkiyədə yaşayan və iddiaya görə, çeçen Əziz Batukayevin ticarət obyektlərini ələ keçirməyə çalışan Nadir Səlifova (Lotu Quli) ünvanlanmış video-müraciət yaymışdı.

Timur həmin videoda açıq şəkildə Qulinin cəzalandırılacağını deyib. Ehtimal edilir ki, məhz bu təhdid dolu ismarıc qanlı qətlin törədilməsinə yol açıb və nəticədə Timur qətlə yetirilib. Bu, hələlik versiyadır.

Fevralın 19-da Həmzət Qastamirovun yaxınları bu informasiyanın həqiqəti əks etdirmədiyini bəyan edib. Onların sözlərinə görə, Timur sağdır, internetdə yayılan videoda danışan şəxs o deyil.

Qeyd edək ki, Qastamirov hal-hazırda Almaniyada yaşayır. O, 2016-cı ilin avqust ayında öldürülmüş qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşlığı sayılır. Qastamirov Lənkəranskinin qisasını alacağına and içib.

Milli.Az

Lotu Qulini təhqir edən qanuni oğru öldürüldü from Baku.TV on Vimeo.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.