Kriminal

Moskvada meyiti tapılan azərbaycanlı uşağın atasından AÇIQLAMA - İlginc FAKTLAR

17 Fevral 2018 14:24
3 Şərh     Baxış: 8 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Moskvada uşaq bağçalarının birində vəfat etmiş azərbaycanlı qızın atası Niyazi Rzayev qızın ölümü haqqında təfərrüatları açıqlayıb.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, qız digər uşaqlarla açıq havada olarkən huşunu itirib.

N.Rzayev qeyd edib ki, 1 ay əvvəl uşağın analizlərini verib və tamamilə sağlam çıxıb. 

Uşağın atası daha bir maraqlı faktı açıqlayıb. O, qızının tərbiyəçilərdən xoşu gəlmədiyini qeyd edib.

Hazırda qızın ölümü ilə Rusiya İstintaq Komitəsi cinayət işi başlayıb.

Qeyd edək ki, bağça tərbiyəçilərinin sözlərinə görə, onlar 25 uşaqdan ibarət qrupu gəzintiyə çıxarıb. Bir müddətdən sonra Zəhra Rzayevanın qrupda olmadığı məlum olub. Onu qısa müddət sonra qarda huşsuz vəziyyətdə tapıblar.

Uşaqlar bildirib ki, qız onların daha əvvəl oynadığı evə gedib, oyuncaqları götürmək istəyib.

Bağçaya təcili yardım çağırılıb. Bütün səylərə baxmayaraq Z.Rzayevanı xilas etmək mümkün olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.