Kriminal

Bakıda çay evində kazino aşkarlanıb - FOTO

15 Fevral 2018 15:11
0 Şərh     Baxış: 3 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onlayn şəkildə təşkil olunan qumarxana, kazino, totalizator və bu kimi oyunların keçirildiyi obyektlərin və əyləncə yerlərinin qanunsuz fəaliyyətinin qarşının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti əməliyyat keçirilib.

DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxtın Xətai  rayonu ərazisində yerləşən çay evlərindən birində onlayn yolla kazino oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Qeyd edilən obyekt nəzarətə götürülüb və toplanan materiallar əsasında həmin obyektdə kazino oyunlarının həyata keçirildiyi sübuta yetirilib. Əməliyyat-axtarış tədbiri nəticəsində həmin obyektdə onlayn kazino təşkil etməkdə şübhəli bilinən Şəki şəhər sakini Midhəd Əhmədov, Lənkəran şəhər sakini Tehran Seyfullayev və Yevlax şəhər sakini Rövşən Səlimov polis əməkdaşları tərəfindən saxlanılıblar. Həmçinin həmin obyektdə qumar oynayan şəxslər də müəyyən edilərək barələrində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Çay evinə baxış keçirilən zaman onlayn kazino proqramlarında qeydiyyatdan keçmək üçün nəzərdə tutulan elektron avadanlıqlar, noutbuklar, kompüterlər, müştərilər tərəfindən oynanılan kuponlar, pul vəsaitləri, eləcə də iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.