Kriminal

Civə satmaq istəyən dəstə üzvləri DANIŞDILAR - VİDEO – FOTO

15 Fevral 2018 13:12
0 Şərh     Baxış: 775

Bakıda civə satmaq istəyən şəxslər saxlanılıblar.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi və DTX-nın yerli idarəsinin əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat nəticəsində Ağcabədi rayon sakinləri Tuqay İmanov, Adəm İsmayılov və əvvəllər məhkum olunmuş Hacı Qurbanov 400 qram civəni satmaq istəyən zaman cinayət başında saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, əvvəlcə A.İsmayılov onda civə olması barədə digər dəstə üzvlərinə məlumat verib. Daha sonra H.Qurbanov həmin civəyə müştəri tapıb satmağı və əldə edilən pulu 3 nəfər arasında bölməyi təklif edib.

Adəm İsmayılov (Saxlanılan şəxs): "Hacı dedi ki, mən müştəri tapıb 20 minə verərəm. 2 min mənə, 5 min Hacıya, 3 min də Tuqaya çatacaqdı".

Tuqay İmanov (Saxlanılan şəxs): "Adəmlə tanış olduq. Satış təşkilatçısı Hacı idi".

Hacı Qurbanov (Saxlanılan şəxs): "İkisin bir-birinə caladım. Çəkildim qırağa. Mənə nə verəcəkdilərsə, xəbərim yoxdur".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Civə satmaq istəyən dəstə üzvləri DANIŞDILAR

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.