Kriminal

67 yaşlı azərbaycanlı sahibkar qadın beynəlxalq axtarışa verildi

14 Fevral 2018 22:06
0 Şərh     Baxış: 4 621

İnterpol azərbaycanlı qadın sahibkar barədə beynəlxalq axtarış elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 1951-ci ildə Azərbaycanın Salyan rayonunda anadan olan Həsənova Meyransa Avaz qızı vergidən yayınmaqda təqsirləndirilir.

M.Həsənova vergidən yayınmaqda ittiham olunaraq barəsində cinayət işi başlansa da, xanım sahibkar istintaqdan yayınıb. Nəticədə məhkəmə M.Həsənova barəsində həbs qətimkan tədbiri seçilməsi və tutularaq istintaqa təhvil verilməsi barədə qərar çıxarıb.

Həmin qərar əsasında da M.Həsənova beynəlxalq axtarışa verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.