Kriminal

“Evdə çıxardırdı” - Saxta pul hazırlayanlar iş başında yaxalandılar - VİDEO - FOTO

14 Fevral 2018 19:45
1 Şərh     Baxış: 1 678

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Məmmədovun tanışı Nicat Orucovla birlikdə saxta pul əsginaslarının hazırlanması və satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, keçirilən xüsusi təxirəsalınmaz əməliyyat nəticəsində dəstə üzvləri 11700 saxta manatı 2900 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin qaldıqları mənzilə də baxış keçirilib. Oradan əlavə olaraq 4900 manatlıq saxta əsginas, saxta pul hazırlamaq üçün istifadə olunan avadanlıqlar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. İlkin ifadələrində həmin şəxslər saxta əsginasları satmaq, həmçinin paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırladıqlarını etiraf ediblər.

Orxan Məmmədov (saxlanılan şəxs): "Yaşadığım evdə saxta pul çıxardırdıq. Axırıncı dəfə 11700 manatı 2900 nağd pula dəyişərkən tutulduq".

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Evdə çıxardırdı" - Saxta pul hazırlayanlar iş başında yaxalandılar

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    saday · 14 Fevral 21:3400

    saxta pul olsaydi menede lazimdi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.